EN

Xırdalanda Heydər Əliyev parkının ağaclarını doğradılar: Obyekt tikəcəcəklər...

Sitat.info portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Abşeron rayonu, Xırdalan qəsəbəsində "ağacların soyqrımı" aparılıb.

Aida Axundova adlı feybuk istifadəçisi sosial şəbəkə hesabında bunları yazıb:

"Xırdalan qəsəbəsi, Heydər Əliyev adına İstirahət və Mədəniyyət parkı son 2 ildə müxtəlif "sahibkarlar" tərəfindən zəbt edilərək qumarhana, qəlyanxana, kababxana ərazisinə çevrilib.

Parkın sakinlər üçün nəzərdə tutulmuş ağacları, səkiləri, söhbətgahları "By Mübariz", Tatlım, Karamel, Turşməzə adlı kafe-restoranlar tərəfindən zəbt olunub. Skamya və oturacaqların böyük əksəriyyəti sıradan çıxarılıb, yerini qəlyanxanar tutub. Ekologiya Nazirliyinin Dövlət Ekoloji Ekspertiza İdarəsi Parkda son 2 ayda yüzlərlə ağac kəsib, yerində yeni ağac əkmək əvəzinə cəmi 15-20 qurumuş budaq basdırıb ki, onların hamısı da quruyub məhv olub. Digər kəsilmiş ağacların yerində isə ağac əkilmir, gözləyirlər ki, vaxt keçsin, bu ərazidə də yeni restoran, qəlyanxana, kababxana, çayxana və s . obyektlər açılsın. Əziz dövlətimin aiddiyatı qurumları, Heydər Parkının ağac və yaşıllığının məhv edilməsinə imkan verməyin".

Sitat.infi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
70
2
sitat.info

3Sources