EN

Rusiyalı aktrisa Domodedovo hava limanında saxlanıldı

Rusiyada təhlükəsizlik qüvvələri 31 yaşlı rusiyalı aktrisa Aqlaya Tarasovanı Domodedovo hava limanında üzərində narkotiklə saxlayıblar.

Moderator.az-ın xəbərinə görə, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

"Tarasova Domodedovo hava limanında narkotiklə saxlanılıb. İlkin olaraq, onun veypindən (elektron siqaret) həşiş yağı aşkar edilib", - deyə məlumatda bildirilib.

Mənbənin sözlərinə görə, faktla bağlı narkotik qaçaqmalçılığı maddəsi üzrə cinayət işi açılıb.

Qeyd edək ki, Aqlaya Tarasova aktrisa Kseniya Rappoportun qızıdır. Tarasova "İnternlər", "Prinsipsizlər" seriallarında, "Buz", "Buz-2", "Buz-3" və "Xolop-2" filmlərindəki rolları ilə tanınır.

Chosen
49
1
moderator.az

10Sources