EN

Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb

Tovuz rayonunun Qazıqulu kəndində fəaliyyət göstərən, fiziki şəxs Asif İdris oğlu Xalıqverdiyevə məxsus kafedə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı sanitariya norma və qaydalarının pozulduğu məlum olub.

XəzərNews.az Agentliyə istinadla bildirib ki, kafedə qida məhsullarının saxlanma temperaturuna əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, döşəmə, tavan, divarların tamlığının pozulduğu və asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib. Həmçinin müəssisədə etiket məlumatları və mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanədək mətbəx sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Xəbər 4 dəfə oxunub.
Chosen
125
13
xezernews.az

10Sources