AZ

Bu kafedə istehlaka yararsız məhsullar aşkarlandı - FOTOLAR

Tovuz rayonunun Qazıqulu kəndində fəaliyyət göstərən, fiziki şəxs Asif İdris oğlu Xalıqverdiyevə məxsus kafedə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı sanitariya norma və qaydalarının pozulduğu məlum olub.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yenisabah.az-a verilən məlumata görə, kafedə qida məhsullarının saxlanma temperaturuna əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, döşəmə, tavan, divarların tamlığının pozulduğu və asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib. Həmçinin müəssisədə etiket məlumatları və mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanədək mətbəx sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib. pizza hut

  • Bu kafedə istehlaka yararsız məhsullar aşkarlandı - FOTOLAR
  • Bu kafedə istehlaka yararsız məhsullar aşkarlandı - FOTOLAR
  • Bu kafedə istehlaka yararsız məhsullar aşkarlandı - FOTOLAR

 


Telegram kanalımız
Seçilən
56
13
yenisabah.az

10Mənbələr