EN

Mənzillərə girməyə çalışan qadının kimliyi bilindi

Bakıda mənzillərə daxil olmağa cəhd edən qadının şəxsiyyəti müəyyən edilib.

News24.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli açıqlamasında həmin şəxsin 1992-ci il təvəllüdlü, tufeyli həyat tərzi keçirən Səidə Kişiyeva olduğunu bildirib.

Hazırda onun tutulması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. 

Qurumdan əlavə məlumatın veriləcəyi qeyd olunub.



Chosen
219
1
news24.az

2Sources