Bakıda mənzillərə daxil olmağa cəhd edən qadının şəxsiyyəti müəyyən edilib.
News24.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli açıqlamasında həmin şəxsin 1992-ci il təvəllüdlü, tufeyli həyat tərzi keçirən Səidə Kişiyeva olduğunu bildirib.
Hazırda onun tutulması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.
Qurumdan əlavə məlumatın veriləcəyi qeyd olunub.