Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Metbuat.az-a verilən məlumata görə, kafedə qida məhsullarının saxlanma temperaturuna əməl edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin olunmadığı, döşəmə, tavan, divarların tamlığının pozulduğu və asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib. Həmçinin müəssisədə etiket məlumatları və mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanədək mətbəx sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.