EN

Astaradakı zəhərlənmə ilə bağlı araşdırma başlanıldı - YENİLƏNDİ - 2

Astara rayonunda  baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq AQTA-dan bildirilib. 

Qeyd olunub ki, araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək.
***

Astara rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki,  saat 11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Onlara zəruri tibbi xidmət göstərilib.

Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir.

Xeyrənsə Piriyeva

***

Astara rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

News24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu gün rayon sakini olan 15 nəfər Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların qarpızdan zəhərləndiyi bildirilir.

Əlavə məlumat veriləcək.


Chosen
263
18
news24.az

10Sources