Astara rayonunda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq AQTA-dan bildirilib.
Qeyd olunub ki, araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək.
***
Astara rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, saat 11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Onlara zəruri tibbi xidmət göstərilib.
Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir.
Xeyrənsə Piriyeva
***
Astara rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
News24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu gün rayon sakini olan 15 nəfər Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların qarpızdan zəhərləndiyi bildirilir.
Əlavə məlumat veriləcək.