Ağbənd. Trend:
Horadiz–Ağbənd dəmir yolunun illik buraxılış qabiliyyəti 15milyon ton olacaq.
Trend-inZəngilan rayonuna ezam olunmuş müxbirinin məlumatına görə, bunu“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC)İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyevjurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Horadiz–Ağbənd dəmir yolu üzrə tikintiişləri 3 mərhələdə həyata keçirilir: "259 suötürücü boru, 39 körpü,4 heyvan keçidinin, 5 yölötürücü və üst keçid, 7 alt keçidintikintisi yekunlaşıb.
Hazırda 4 ədəd tunelin, 1 ədəd körpünün, 1 ədəd qalereyanın və 3ədəd suötürücü borunun tikinti-quraşdırma işləri davam edir".
"İşlər başa çatdıqda illik buraxılış qabiliyyəti 15 milyon tonolacaq", - deyə B. Hacıyev vurğulayıb.