EN

Rusiya bu hərəkəti ilə bir daha Azərbaycana qarşı yanlışlığa yol verdi ŞƏRH

ain.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Çin ŞƏT Sammitində Hindistanın Azərbaycanla münasibətlərini nəzərə almışdı. Hamı bilir ki, Azərbaycan qəti şəkildə Pakistanı dəstəkləyir, bu ölkəylə strateji müttəfiqlik münasibətləri var. Hər hansı digər səbəblər bu münasibətləri poza bilməz. Azərbaycan öz mövqeyində qəti şəkildə qalacaq".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.

O bildirib ki, ŞƏT Sammitində Çin yalnız Rusiyanın gözlənilməz mövqeyini nəzərə almayıb:

"ŞƏT Sammitində nəzərə alınmayan tək nüans Rusiyanın mövqeyi olub. Çünki Hindistan-Çin münasibətləri bu sammitdə yeni ab-hava yaratdı. Hindistan və Çin ziddiyətləri aradan qaldırmaq üçün ciddi çalışmaq istədiklərini nümayiş etdirdilər. Belə bir mühitdə Hindistanın Azərbaycana veto qoyması da ağlabatan deyil. Burada kənar təsirlər istisna olunmur, ilkin ehtimal Rusiyanın adını çəkə bilərik. Rusiya burada sanki diplomatik gücünü nümayiş etdirib və Azərbaycana təsir göstərmək məqsədi güdüb. Lakin Azərbaycan öz mövqeyindən geri çəkilmədi, xüsusən Pakistana münasibətində geri çəkilmədi. Əksinə, Pakistan-Ermənistan diplomatik münasibətlərinin yaranmasında böyük jest etdi".

Politoloq hesab edir ki, Rusiya Azərbaycanın ŞƏT-ə girməsinə mane olaraq bir daha münasibətləri korladı:

"Düşünürəm ki, Rusiya diplomatiyası Azərbaycana münasibətdə bu dəfə də strateji yanlışa yol verdi və məqsədinə çatmadı. Onlar Azərbaycanı güzəştə gedən kimi və yaxud da sövdələşməyə gedəcək tərəf kimi göstərmək istəyirdilər. Bunun üçün də kombinasiya qurulmuşdu, lakin Azərbaycan bir daha öz qəti mövqeyini nümayiş etdirməklə bu hesabları pozdu".

Mikayıl Mirzəzadə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
azxeber.com

1Sources