Ağbənd. Trend:
Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunda işlər2026-cı ilin yazında tamamlanacaq.
Trend-inZəngilan rayonuna ezam olunan əməkdaşı xəbər verir ki, bunujurnalistlərə açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyininİnvestisiya idarəsinin rəis müavini İlham Süleymanov deyib.
O bildirib ki, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobilyolunun ümumi uzunluğu 123,6 kilometrdir və bu yol birinci texnikidərəcəyə uyğun layihələndirilib: "Hərəkət hissəsinin eni 14-21 metrarasında dəyişir. Yolun 78 kilometrlik hissəsi 6 cərgəli, qalan45,6 kilometrlik hissəsi 4 cərgəli olaraq inşa edilib. Yolunüzərində 28 ədəd körpü tikilib. Bunların 16-ı su keçidlərininüzərində inşa olunub, qalanı isə yol ötürücüdür".
"Yolun üzərində 8 ədəd qovşaq və ümumi uzunluğu 12 kilometrdənbir qədər artıq olan 3 ədəd tunel inşa edilib. Hazırda avtomobilyolunda işlərin fiziki tərəqqisi 95% təşkil edir", - deyəİ.Süleymanov qeyd edib.