EN

Zelenski ilə Robert Fiko arasında görüş baş verib

Ukrayna prezidenti Volodimir Zelenski və Slovakiyanın baş naziri Robert Fiko Ukrayna ərazisi ilə bağlı danışıqlar aparıb.

Bu barədə Slovakiyanın Dennik N nəşri məlumat yayıb .

Qeyd olunur ki, iki liderin görüşü ölkənin qərbində yerləşən Ujqorodda baş tutub. Nümayəndə heyətinin tərkibinə Ukraynanın baş naziri Yuliya Svırıdenko, Slovakiya tərəfdən isə xarici və Avropa işləri naziri Yuray Blanar, həmçinin baş nazirin müavini, iqtisadiyyat naziri Denisa Sakova olub.

Bununla belə, Zelenski ilə Fiko arasındakı müzakirənin təfərrüatları açıqlanmayıb; görüş bağlı qapılar arxasında keçirilib.

Chosen
10
13
aznews.az

10Sources