Ağbənd. Trend:
Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlər uğurla davametdirilməkdədir.
Trend-inZəngilan rayonuna ezam olunmuş müxbiri xəbər verir ki, ümumiuzunluğu 110,4 km (yan yollarla birlikdə 140,6 km) olan dəmir yoluxəttinin 2026-cı ildə tam başa çatdırılması planlaşdırılır.
Belə ki, artıq Horadiz-Ağbənd dəmir yolu xəttininlayihələndirilməsi işləri 84, tikinti-quraşdırma işlərinin 67 faiziyekunlaşdırılıb.
Marşrut boyunca Horadiz, Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı,Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının inşasınəzərdə tutulub.
Tikinti işləri 3 mərhələdə həyata keçirilir. 259 suötürücü boru,39 körpü, 4 heyvan keçidinin, 5 yölötürücü və üst keçid, 7 altkeçidin tikintisi yekunlaşıb.
Hazırda 4 ədəd tunelin, 1 ədəd körpünün, 1 ədəd qalereyanın və 3ədəd suötürücü borunun tikinti-quraşdırma işləri davam edir.
Azərbaycanın ən uzun dəmir yolu tunelinin (1071 metr) inşası daelə məhz bu layihə çərçivəsində uğurla icra edilməkdədir.
Layihə üzrə görülən işlərlə bağlı fotoreportajı təqdimedirik: