EN

Məhəmməd Əbunəyyan İlham Əliyevi təbrik etdi

Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında tarixi Birgə Bəyannamənin imzalanması münasibətilə "ACWA Power" şirkəti adından Sizə və məğrur Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Sizin uzaqgörən rəhbərliyinizlə Azərbaycan 44 günlük Vətən müharibəsində suverenliyini və ərazi bütövlüyünü bərpa edərək qətiyyətli qələbə qazandı. Bu gün Siz həmin hərbi uğuru regionun gələcəyini formalaşdıracaq, ədalətli və davamlı sülhü təmin edən diplomatik zəfərə çevirdiniz.

Bu nailiyyət Sizin ölkənizin sabitliyinə və firavanlığına qəti sadiqliyinizlə yanaşı, həm də çağırışları davamlı tərəqqi üçün imkanlara çevirərək uzaqgörənliklə və əzmkarlıqla rəhbərlik etmək bacarığınızı göstərir.

Chosen
94
20
publika.az

10Sources