EN

Sabah Böyük Britaniyada hökümət dəyişikliyinə gediləcək

BAKI, 5 sentyabr. TELEQRAF

Sentyabrın 5-də Böyük Britaniyanın baş naziri Key Starmer hökumətdə dəyişiklik edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" mənbələrə istinadən məlumat verib.

Qeyd edilib ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Lammi vəzifəsini itirəcək.

Ölkənin Daxili İşlər Nazirliyinə rəhbərlik edən İvet Kuper Xarici İşlər Nazirliyinin yeni rəhbəri olacaq. Ehtimal olunur ki, Ədliyyə Nazirliyinin rəhbəri vəzifəsini tutan Şabana Mahmud yeni daxili işlər naziri olacaq.

Chosen
13
1
teleqraf.com

3Sources