EN

Zelenski və Fitso görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski və Slovakiya Baş naziri Robert Fitso Ukraynanın qərbində, Ujhorod şəhərində görüşüblər.

Bu barədə Ukrayna nəşri “İnsayder” məlumat verib.

Qeyd olunur ki, slovak nümayəndə heyətinə Baş nazir müavini və iqtisadiyyat naziri Denisa Sakova və xarici işlər və Avropa işləri naziri Yuray Blanar daxildir. Ukrayna tərəfdən isə Prezident Zelenski ilə yanaşı, Baş nazir Yuliya Sviridenko görüşdə iştirak edib.

Bundan əvvəl Zelenski Avropa Şurasının sədri Antoniu Kuştayla da görüş keçirib.

“Cebheinfo.az”

Chosen
25
5
cebheinfo.az

10Sources