EN

Kir Starmerdən yeni təyinatlar

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Baş nazirinin müavini Ancela Reyner İngiltərənin cənubundakı Houv kurort şəhərində mənzil alarkən vergi rüsumunu ödəmədiyini etiraf etdikdən sonra cümə günü istefa verib.

Publika.az bildirir ki, onun istefasının ardından Baş nazir Kir Starmer kabinetində dəyişikliklər həyata keçirib.

Belə ki, ədliyyə naziri Şabana Mahmud daxili işlər naziri təyin olunub. O, bu dəyişikliklə hökumətin ən mühüm vəzifələrindən birinə yüksəlib. Onun daxili işlər naziri postuna gətirilməsi ilə ilk dəfə Böyük Britaniya hökumətinin üç ən yüksək vəzifəsində qadınlar təmsil olunacaq.

Mahmudun yerinə isə indiyədək xarici işlər naziri olan Devid Lammi gətirilib. Daxili işlər naziri İvet Kuper isə bundan sonra xarici işlər naziri kimi fəaliyyət göstərəcək.

Chosen
12
3
publika.az

10Sources