EN

AZAL Bakı-Təbriz-Bakı birbaşa təyyarə reyslərinin ilk uçuşunu həyata keçirib

“Bir neçə il sürən aradan sonra Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq Azərbaycan Hava Yollarının Bakı-Təbriz-Bakı birbaşa təyyarə reyslərinin ilk uçuşu dünən axşam həyata keçirildi və uçuşlar ilkin olaraq həftədə iki dəfə olmaqla yerinə yetiriləcəkdir.”

APA xəbər verir ki, bunu Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə öz sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, şənbə günündən Azalın Bakı-Tehran-Bakı təyyarə reyslərinin fəaliyyəti də bərpa ediləcək.

Chosen
31
7
apa.az

9Sources