AZ

AZAL Tehrana reysləri BƏRPA EDİR - FOTO

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Tehran-Bakı təyyarə reyslərini bərpa edir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "X"də yazıb.

“Bir neçə il sürən aradan sonra Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq Azərbaycan Hava Yollarının Bakı-Təbriz-Bakı birbaşa təyyarə reyslərinin ilk uçuşu dünən axşam həyata keçirildi və uçuşlar ilkin olaraq həftədə iki dəfə olmaqla yerinə yetiriləcəkdir.

Şənbə günündən isə Azalın Bakı-Tehran-Bakı təyyarə reyslərinin fəaliyyəti bərpa ediləcəkdir.

Xeyirli uğurlu olsun. Zəhməti keçən hər kəsə təşəkkürlər”, - diplomat qeyd edib.
 

 

 


Bizim.Media

Seçilən
16
7
bizim.media

9Mənbələr