EN

"Liverpul" istəyirdi, "Barselona"ya keçir

“Barselona” İngiltərə millisinin və “Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Qehini heyətinə qatmağı nəzərdən keçirir.

90deqiqe.Az-ın “Sport.es”ə istinadən yaydığı məlumata görə, kataloniyalılar Qehini pulsuz transfer edə bilərlər, çünki onun “Pelas”la müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Lakin “Barselona”ya rəqabət kimi “Liverpul” və Madrid “Real”ı da çıxış edə bilər.

Futbolçu ötən yay “Liverpul”a keçməyə yaxın olsa da, klublar razılığa gələ bilməyiblər.

Qehi “Kristal Pelas”ın heyətində 2021-ci ildən çıxış edir. Cari mövsümdə o, bütün turnirlərdə 6 oyunda iştirak edib və 1 qol vurub. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 45 milyon avro olaraq qiymətləndirilir.

Chosen
141
90deqiqe.az

1Sources