EN

AZAL-ın Bakı-Təbriz-Bakı reyslərinin ilk uçuşu həyata keçirilib

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Təbriz-Bakı birbaşa təyyarə reyslərinin ilk uçuşu həyata keçirilib.


Pravda.az-ın məlumatına görə, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "X" sosial şəbəkəsində yazıb.


Səfir əlavə edib ki, sabahdan AZAL-ın Bakı-Tehran-Bakı təyyarə reyslərinin fəaliyyəti bərpa ediləcəkdir.


"Bir neçə il sürən aradan sonra Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq Azərbaycan Hava Yollarının Bakı-Təbriz-Bakı birbaşa təyyarə reyslərinin ilk uçuşu dünən axşam həyata keçirildi və uçuşlar ilkin olaraq həftədə iki dəfə olmaqla yerinə yetiriləcəkdir. Şənbə günündən isə Azalın Bakı-Tehran-Bakı təyyarə reyslərinin fəaliyyəti bərpa ediləcəkdir


Xeyirli uğurlu olsun. Zəhməti keçən hər kəsə təşəkkürlər", - deyə paylaşımda bildirilib

Tarix: 5 Sentyabr 2025, 22:31   
Chosen
29
5
pravda.az

9Sources