EN

Ağcabədidə qardaş bacısını qətlə yetirdi

Ağcabədidə qardaş bacısını bıçaqla qətlə yetirib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qətl hadisəsi rayonun Pərioğlular kəndində baş verib.

Kənd sakini 2009-cu il təvəllüdlü Fidan Məmmədovanın qətlə yetirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Hüquq mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri tədbirlər nəticəsində F.Məmmədovanın ölümündə şübhəli bilinən qardaşı Tahir Məmmədov saxlanılıb.

İlkin məlumata görə hadisəyə səbəb ailədaxili mübahisə olub.

Faktla bağlı cinayyət işi açılıb, araşdırma davam etdirilir.

Chosen
131
1
teleqraf.com

2Sources