Ağcabədidə qardaş bacısını bıçaqla qətlə yetirib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, qətl hadisəsi rayonun Pərioğlular kəndində baş verib.
Kənd sakini 2009-cu il təvəllüdlü Fidan Məmmədovanın qətlə yetirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Hüquq mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri tədbirlər nəticəsində F.Məmmədovanın ölümündə şübhəli bilinən qardaşı Tahir Məmmədov saxlanılıb.