1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Saray-Novxanı yolunda qeydə alınıb.
Masazır kəndində Novxanı istiqamətində hərəkətdə olan "Honda" markalı minik avtomobili yolu keçən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hazırda ölən şəxsin kimliyi müəyyən edilir.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli