EN

Moskvada məşhur Tretyakov qalereyasında yanğın: İnsanlar təxliyə ediliblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın paytaxtı Moskvada Tretyakov qalereyasının binasında yanğın qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı məlumat yayıb.
İlkin məlumatlara görə, yanğın binanın zirzəmisindəki elektrik naqillərinin alışması səbəbindən başlayıb.
Binadan 11 nəfər təxliyə edilib.
Qısa müddət sonra yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır və binaya dəyən zərərin hesablanması üzrə işlər aparılır.
Chosen
5
19
oxu.az

10Sources