ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Yığmamız İslandiyaya darmadağın oldu - 5:0.Oyundan sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev media önünə çıxıb.“Football-plus.az” xəbər verir ki qəzəbli görünən baş katib sözə belə başladı:- İslandiyaya hörmətlə yanaşırıq. Amma İslandiya komandasına qarşı oynaya bilmiriksə, oyunun əvvəlindən müdafiədə qalırıqsa, altı-yeddi nəfərlə müdafiə oluruqsa, bu öz problemimizdi. Uşaqların - futbolçuların problemi deyil. Bizim səhvimizdi. Sistemi səhv qurduq. Baş məşqçi ev tapşırığını yerinə yetirməmişdi. Azərbaycan futboluna, xalqına yanaşma baş məşqçi tərəfdən qəbuledilməzdi. Gözləyirik ki, cənab Santuş nə deyəcək. - Yəni siz istefa gözləyirsiz?- Mən gözləyirəm ki, bu adam üzərinə götürdüyü məsuliyyəti düzgün səsləndirsin.- Santuş Portuqaliya millisindən sonra işlədiyi hər yerdən qovulub, öz xoşu ilə istefa verməyib. Qarşılığında da böyük təzminat alıb. - Jurnalist kimi bu sualı cənab Santuşa verib. Nə olub, nə düşünür, qazandığı uğurlara, karyerasına bu nəticə, qorxaq futbol uyğun gəlirmi?- İstefa verməsə, özünüz göndərəcəksiz?- İstefa verməsə, lazımi tədbirlər olacaq. Məşqçidən düzgün addımı gözləyirik.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.