EN

Ukraynada müharibə ya bitəcək, ya da bu çox baha oturacaq!

Azpost saytına istinadən ain.az xəbər verir.

“Ukraynada müharibə ya bitəcək, ya da bu çox baha oturacaq!”.

AzPost bildirir ki, bu sözləri ABŞ prezidenti Tramp bu gün verdiyi bəyanatda bildirib.

Tramp bildirib ki, o, yeddi müharibəyə son qoyub və Ukrayna münaqişəsini bu nəticə gözləyir.

ABŞ prezidenti eyni zamanda  etiraf edib ki, Ukraynadakı vəziyyətin həlli onun üçün “gözləniləndən bir az daha çətin” olub.

“ABŞ Birinci Dünya Müharibəsində, İkinci Dünya Müharibəsində və ondan əvvəl və aralıqda olan bütün müharibələrdə qalib gəlib”, – deyə Tramp bildirib.

Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə məşğul olacağını vəd edib. Lakin deyib ki, bu məsələdə Avropa “birinci olacaq”

“Yaxşı, biz bunu həll edəcəyik. Biz onlara kömək edəcəyik. Baxın, biz çoxlu insanların həyatını xilas etmək istəyirik, ona görə də bununla bağlı nəsə edəcəyik. Düşünürəm ki, insanlar bunu gözləyir. Biz onlara kömək edəcəyik. Avropa birinci olacaq və onlar birinci olmaq istəyirlər. Avropa bunun bitməsini istəyir”, – ABŞ prezidenti bildirib.

Tramp bəyanat verdi.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
38
azpost.info

10Sources