Bu gün 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, B qrupunda İsveçrə doğma meydanda Kosovonu qəbul edib və darmadağınla qalib gəlib.
Qrupun digər matçında İsveç səfərdə Sloveniyanın qonağı olub. Dörd qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.
C qrupunda Yunanıstan millisi doğma meydanda Belarusu qəbul edib və darmadağınlı qələbə qazanıb. Qrupunda digər matçında Danimarka doğma azarkeşləri önündə Şotlandiyanı qəbul edib. Bu görüşdə də qapılara ümumiyyətlə qol vurulmayıb.
D qrupunda Azərbaycan millisi səfərdə İslandiyanın qonağı olub. Fernandu Santuşun komandası bu görüşdə rəqibinə darmadağın olub.
Qrupun digər matçında Fransa Ukrayna yığması ilə üz-üzə gəlib. Bu görüşdə "xoruzlular" rəqibi üzərində inamlı qələbə qazanıb.
I qrupunda Moldova doğma meydanda İsrailə böyükhesabla məğlub olubsa, İtaliya millisi evdə Estoniya üzərində böyükhesablı qələbəyə sevinib.
L qrupunda Xorvatiya səfərdə Farer adalarının qonağı olub və minimal hesabla qalib gəlib. Qrupun digər matçında Çexiya səfərdə Monteneqrodan üstün olmağı bacarıb.
Dünya çempionatı, seçmə mərhələ
5 sentyabr
B qrupu
22:45. İsveçrə - Kosovo - 4:0
22:45. Sloveniya - İsveç - 2:2
C qrupu
22:45. Yunanıstan - Belarus - 5:1
22:45. Danimarka - Åžotlandiya - 0:0
D qrupu
22:45. İslandiya - Azərbaycan - 5:0
22:45. Ukrayna - Fransa - 0:2
I qrupu
22:45. Moldova – İsrail - 0:4
22:45. İtaliya - Estoniya - 5:0
L qrupu
22:45. Monteneqro - Çexiya - 0:2
22:45. Farer adaları – Xorvatiya - 0:1