EN

Haaland “Siti”dən ayrılmaq istəyir: Artıq bir “elçi”si var

Ulduz hücumçu Erlinq Haalandın “Mançester Siti”dən ayrılması gündəmdədir.

Publika.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Norveçli forvard artıq “şəhərlilər” üçün oynamaqda motivasiya çatışmazlığı hiss edir və bu, onun nəticələrinə də təsir göstərir. Haaland həmçinin klubun son çıxışlarından narazıdır və 2026-cı ilin yayında ayrılmaq variantını nəzərdən keçirir.

Onunla maraqlanan klublardan biri “Barselona”dır. Klubun prezidenti Xuan Laporta artıq növbəti transfer pəncərəsində qolçunun transferini planlaşdırmağa başlayıb.

Chosen
67
publika.az

1Sources