EN

Braziliya hərbi sahədə nüvə texnologiyalarından istifadə edə bilər

BAKI, 6 sentyabr. TELEQRAF

Braziliya hərbi sahədə nüvə texnologiyalarını tətbiq etməyə başlaya bilər.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin mədən sənayesi və energetika naziri Aleşandro Silveyra bildirib.

"Son vaxtlarda dünyada çox ciddi beynəlxalq sarsıntılar yaşanır. Müdafiə məqsədləri üçün nüvə texnologiyasından istifadə planlarına yenidən baxmaq lazım gələcək", - nazir deyib.

Silveyra əlavə edib ki, hazırda Braziliya Prezidenti Luis İnasiu Lula da Silva nüvə proqramı olmadan ölkənin suverenliyini qorumağı bacarır. Lakin nazirin sözlərinə görə, gələcəkdə dövlətin təhdidlərdən qorunmaq üçün nüvə texnologiyalarına ehtiyacı ola bilər.

Chosen
81
teleqraf.com

1Sources