EN

Tramp Venesuelada narkotik kartellərinə zərbə endirmək ehtimalını nəzərdən keçirir

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Venesuelada narkotik kartelininhədəflərinə zərbə endirmək ehtimalını nəzərdən keçirir, çünki bununVenesuela prezidenti Nikolas Maduronu zəiflədəcəyinə inanır.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalımənbələrə istinadən xəbər verib.

"Tramp Venesuelada fəaliyyət göstərən narkotik kartellərinəqarşı hərbi zərbələr endirmək üçün bir sıra variantları, o cümlədənölkə daxilindəki hədəfləri vurmaq imkanını nəzərdən keçirir", -deyə telekanal administrasiyanın planları ilə tanış olan çoxsaylımənbələrə istinadən bildirib.

Vaşinqton hesab edir ki, bu cür hərəkətlər “lider NikolasMaduronu zəiflətməyə yönəlmiş daha geniş strategiya çərçivəsində”faydalı olacaq.

Chosen
3
az.trend.az

1Sources