Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Venesuelada narkotik kartelininhədəflərinə zərbə endirmək ehtimalını nəzərdən keçirir, çünki bununVenesuela prezidenti Nikolas Maduronu zəiflədəcəyinə inanır.
Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalımənbələrə istinadən xəbər verib.
"Tramp Venesuelada fəaliyyət göstərən narkotik kartellərinəqarşı hərbi zərbələr endirmək üçün bir sıra variantları, o cümlədənölkə daxilindəki hədəfləri vurmaq imkanını nəzərdən keçirir", -deyə telekanal administrasiyanın planları ilə tanış olan çoxsaylımənbələrə istinadən bildirib.
Vaşinqton hesab edir ki, bu cür hərəkətlər “lider NikolasMaduronu zəiflətməyə yönəlmiş daha geniş strategiya çərçivəsində”faydalı olacaq.