ABŞ prezidenti Donald Tramp ABŞ Müdafiə Nazirliyi Pentaqonun adının dəyişdirilərək “Müharibə Nazirliyi” olunması ilə bağlı sərəncam imzalayıb.
APA xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb.
Tramp ABŞ-ın heç kimin rəqabət edə bilməyəcəyi dünyanın ən güclü ordusuna və ən yaxşı silahlarına malik olduğunu deyib.
O, ABŞ-ın hər iki dünya müharibəsində məhz bu düzgün seçilmiş adla qalib gəldiyini bildirib.
Bu qərar həm də o deməkdir ki, müdafiə naziri Pit Heqset rəsmi görüş və mərasimlərdə artıq özünü müharibə naziri kimi təqdim edə biləcək.