EN

Almaniyanın şərqində baş verən yanğında 18 nəfər xəsarət alıb

Almaniyanın şərqindəki Droqnits kəndində baş verən yanğın nəticəsində 18 nəfər xəsarət alıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Məlumata görə, yanğına səbəb ildırım düşməsi olub. Sakinlər yatarkən partlayı baş verib. Alov binaları və ona bitişik əraziləri bürüyüb. Yanğın 3 yaşayış binasını, yaxınlıqdakı tikililəri, fermaları və bir neçə tövləni məhv edib.

Hadisə nəticəsində iki yaşdan 96 yaşa qədər 18 nəfər xəsarət alıb. Bir çox sakinlər evlərini itirdiyindən təcili olaraq qohumlarının yanına gediblər və ya müvəqqəti sığınacaq axtarmağa məcbur olublar. Onların bəziləri qonşularında və istirahət evlərində məskunlaşıblar.

Nəşr qeyd edir ki, dəymiş ziyanın ümumi məbləği təxminən bir milyon avro təşkil edir.

Chosen
147
1
ikisahil.az

2Sources