EN

Yük maşını ilə sərnişin avtobusu toqquşub, xəsarət alanlar var

Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az "Report"a istinadən xəbər verir ki, sözügedən ərazidə sərnişin avtobusu ilə yük maşını toqquşub.

İlkin ehtimallara görə, hadisəyə səbəb yük maşınının təkərinin partlaması olub.

Hadisə nəticəsində yaralıların olduğu bildirilsə də, onların dəqiq sayı və vəziyyətləri barədə məlumat verilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
64
17
www.bakupost.az

10Sources