AZ

Bakı-Quba yolunda xəsarət alanların son durumu - FOTO - YENİLƏNDİ

"Bakı-Quba avtomobil yolunda  baş verən yol-nəqliyyat hadisəsi səbəbilə sentyabrın 6-da saat 07:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2 şəxs (qadın və kişi cinsli) hospitalizasiya olunub".

Bu barədə News24.az-ın soruğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. 

"Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda qeyd edilib.

Xeyrənsə Piriyeva


***

09:23


Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az "Report"a istinadən xəbər verir ki, sözügedən ərazidə sərnişin avtobusu ilə yük maşını toqquşub.

İlkin ehtimallara görə, hadisəyə səbəb yük maşınının təkərinin partlaması olub.

Hadisə nəticəsində yaralıların olduğu bildirilsə də, onların dəqiq sayı və vəziyyətləri barədə məlumat verilməyib.


Seçilən
34
17
news24.az

10Mənbələr