EN

Azərbaycan klubunda rəhbər posta əcnəbi gətirildi

Bu gün "Sabah"da rəhbər vəzifəyə yeni təyinat gerçəkləşib.

"Cebheinfo.az" Sportinfo.az-a istinadən xəbər verir ki, klubun futbol akademiyasının baş koordinatoru postuna Georgi Minaşvili gətirilib.

Gürcüstanlı mütəxəssislə artıq rəsmi müqavilə imzalanıb. O, son olaraq Tbilisi "Dinamo"sunun futbol məktəbinə başçılıq edib.

Minaşvili bu postda Adino Mustedanaqiçi əvəzləyib. Bir neçə ildir Masazır təmsilçisində fəaliyyət göstərən xorvatiyalı artıq sırf məşqçi kimi işləyəcək.

Balkanlı mütəxəssis U-19 və əvəzedici komandaların sükanı arxasında dayanacaq.

"Cebheinfo.az" 

Chosen
10
7
cebheinfo.az

9Sources