EN

Azərbaycanda 43 il vəkil kimi fəliyyət göstərmiş hüquqşünas vəfat etdi

BAKI, 6 sentyabr. TELEQRAF

Azərbaycanın Vəkillər Kollgiyasının üzvü olmuş Zoya Hüseynova vəfat edib.

Teleqraf-ın xəbərinə görə, bu barədə onun həmkarları sosial şəbəkələrdə yazıb.

Məlumata görə, Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Zoya Kərəm qızı Hüseynova dünən uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Qeyd edək ki, Z. Hüseynova 43 il vəkillik fəaliyyəti ilə məşğul olub. O, bu yaxınlarda səhhətində yaranan problemlərlə bağlı öz arzusu ilə Vəkillər Kollegiyasının üzvliyindən xaric olub.

Chosen
81
2
teleqraf.com

3Sources