EN

30 ildən sonra ilk dəfə- Paşinyanın təyyarəsi Azərbaycan hava məkanından istifadə etdi

Ermənistanın baş naziri Nikol Paşinyanın xarici səfərini həyata keçirən təyyarə Azərbaycan hava məkanından istifadə edib. 

Olaylar.az xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat katibi Nazeli Bağdasaryan sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, avqustun 30-da baş nazirin təyyarəsi xarici səfərə Azərbaycan hava məkanı üzərindən yola düşüb və sentyabrın 6-na keçən gecə eyni marşrutla Ermənistana qayıdıb.

Qeyd edək ki, Qarabağ münaqişəsinə görə son 30 ilə yaxın müddətdə Ermənistanın dövlət təyyarələri Azərbaycan hava məkanından istifadə etmirdi.

Bağdasaryan bildirib ki, 8 avqustda Vaşinqtonda imzalanan sülh bəyannaməsindən sonra Ermənistan tərəfi Azərbaycan hakimiyyətinə rəsmi müraciət edərək bu icazəni alıb:

"Biz bu addımı regionda kommunikasiyaların açılması, sülh gündəliyinin irəlilədilməsi və qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində praktik addım kimi qiymətləndiririk".

Xatırladaq ki, Azərbaycan və Ermənistan liderləri - Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra birgə bəyannamə imzalayıblar. Sənəd tərəflərin sülhə sadiqliyini ifadə edir və sülh sazişinin yekun imzalanması üçün hüquqi proseslərin davam etdirilməsini nəzərdə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
4
olaylar.az

1Sources