EN

Zelenski: Putin Kiyevə gəlsin, Moskvaya gedə bilmərəm - Video

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya dövlət başçısı Vladimir Putinin Moskvada danışıqlar aparmaq təklifini rədd edib və əvəzində onu Kiyevə dəvət edib.

Axar.az xəbər verir ki, bu barədə "ABC Nyus" məlumat yayıb.

"O, Kiyevə gələ bilər. Ölkəm hər gün raket hücumları altında olarkən mən Moskvaya gedə bilmərəm. Mən bu terrorçunun paytaxtına gedə bilmərəm", - deyə Zelenski bildirib.

Ukrayna lideri əlavə edib ki, əslində Putinin təşəbbüsü görüşü təxirə salmaq məqsədi daşıyır.

Onun sözlərinə görə, əgər kimsə müharibə şəraitində görüşmək istəmirsə, o zaman qarşı tərəf üçün qəbuledilməz bir şərt irəli sürə bilər.

Chosen
1
28
axar.az

10Sources