EN

Hindistan XİN Azərbaycanın ŞƏT-ə üzvlüyü ilə bağlı yalan danışmağa davam edir, Bakı cavab tədbirləri görəcək - Mənbə

Bakı. Trend:

Hindistanın Xarici İşlər Nazirliyi mətbuat katibi səviyyəsindəyalan danışır.

Bunu Trendagentliyinə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü RandhirCaysvalın guya rəsmi Dehlinin Azərbaycan ŞƏT-ə üzvlüyünüəngəlləmədiyi haqda aşıqlamasını şərh edən diplomatik mənbəbildirib.

Xatırladaq ki, Hindistan XİN nümayəndəsi Azərbaycanın ŞƏT-əüzvlüyünün guya “vaxt məhdudiyyəti səbəbindən” qəbul olunmadığınıiddia edib.

Mənbənin sözlərinə görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünü məhzHindistan bloklayıb bu prosesdə dirijorluğu isə Rusiya edib.

“Azərbaycan və Ermənistanın ŞƏT-ə üzvlüyü məsələsi 4-5 ay idimüzakirə olunurdu və bu müzakirələr boyu Hindistan Azərbaycanınüzvlüyünə qarşı çıxıb. Üzvlüyün əngəllənməsinin məhz Hindistanıntəşəbbüsü olduğuna digər üzvlər də şahid olub.

Sadəcə indi Dehli Rusiyanın pərdəarxası iştirakı ilə atdığı buaddımın çoxtərəfli diplomatiya prinsiplərinə və “Şanxay Ruhu”nazidd olduğunu, həmçinin, bu prinsiplərdən çıxış edən və ŞƏT-ingenişlənməsinə çalışan Çinə qarşı da hörmətsizlik kimi qəbulolunduğunu anladğından, məsuliyyətdən yaxa qurtarmağa çalışır.

Amma Hindistanın Azərbaycanın üzvlüyünü bloklaması nə qədərməhdud və ucuz addım idisə, indi bunu rəsmi şəkildə yalanaçıqlamalarla boynundan atmaq cəhdi də bir o qədər məhdud və ucuzgedişdir”, – deyə mənbə bildirib.

Mənbə onu da qeyd edib ki, indiyədək Azərbaycan çoxtərəflidiplomatiya prinsiplərinə sadiq qalaraq Hindistanın BMT BaşAssambleyasına təqdim etdiyi qətnamələrin qəbuluna mane olmayıb vəbu prinsipi pozmayıb. Amma Dehlinin bu ucuz və düşmənçi mövqeyinəcavab olaraq bundan sonra Hindistanın təqdim etdiyi qətnamələrəeyni yanaşma olmayacaq:

“Əgər Hindistan bütün normaları pozaraq açıq düşmənçilik xəttiniistəyirsə, bundan sonra Dehlinin bütün qətnamələri, o cümlədən,2014-cü ildə BMT BA-da Hindistanın təqdim etdiyi və Azərbaycanın daqoşulduğu Beynəlxalq Yoqa Gününün təsis edilməsinə dair qətnamələrkimi sənədlərin də artıq konsensusla deyil, səsvermə ilə qəbulolunmasına təkid edəcəyik. Eyni yanaşma bütün beynəlxalqplatformalarda ortaya qoyulacaq”.

Chosen
13
13
az.trend.az

10Sources