Paşinyanın təyyarəsi xarici səfərdə ilk dəfə olaraq Azərbaycan hava məkanından keçib
Day.Az "Novosti-Armenia"ya istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
Ermənistanın baş naziri Nikol Paşinyanın təyyarəsi avqustun 30-da Azərbaycanın hava məkanından xaricə uçub və sentyabrın 6-na keçən gecə geri qayıdıb.