EN

Müəllimlərə şad xəbər: Nəticələr bəlli oldu

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə News24.az-a Təhsil İnstitutunun İnsan Resurları Mərkəzindən məlumat verib. Apellyasiya müsahibələri 8 sentyabr tarixində onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.

Qeyd edilib ki, müsahibə linki 7 sentyabr tarixində namizədlərin şəxsi səhifələrində qeyd olunan elektron poçt ünvanlarına göndəriləcək.


Chosen
22
21
news24.az

10Sources