AZ

MİQ üzrə apellyasiya müsahibələri barədə məlumat şəxsi səhifələrə göndərilib

MİQ
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. 1news.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resurları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, apellyasiya müsahibələri 8 sentyabr tarixində onlayn formatda “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq.

Qeyd edilib ki, müsahibə linki 7 sentyabr tarixində namizədlərin şəxsi səhifələrində qeyd olunan elektron poçt ünvanlarına göndəriləcək.

Seçilən
0
21
1news.az

10Mənbələr