EN

Rusiya Ermənistanı seçim qarşısında qoydu: İkisindən birini seç

BAKI, 6 sentyabr. TELEQRAF

“Ermənistanın eyni vaxtda Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olması mümkün deyil”.

Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Nikita Pıjikov deyib.

“Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlıq və tərəfdaşlıq haqqında sazişləri var. Bu, qarşılıqlı fəaliyyət üçün çərçivə yaradır, bəzi yerlərdə nizamlanmaya bir qədər təsir edir və ittifaq (AİB qarşısında) öhdəliklərinə zidd deyil. Ermənistan artıq bu mexanizmi tətbiq edib. Ermənistan hələ də xidmətlər bazarının açılması istiqamətində irəliləyə bilər, amma bu, çox mürəkkəb, kifayət qədər uzun bir hekayədir və azı üç il çəkəcək”, - ekspert qeyd edib.

Pıjikov əlavə edib ki, Ermənistan Aİ və AİB arasında seçim etməli olacaq.

Xatırladaq ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk da Ermənistanın sözügedən ittifaqlara eyni anda üzv ola bilməyəcəyini açıqlamışdı.

Chosen
4
teleqraf.com

1Sources