
Reuters yazır ki, Avropa Komissiyası Google şirkətinə reklam sektorunda rəqabəti məhdudlaşdırdığına görə 2,95 milyard avro (təxminən 281 mlrd rubl) məbləğində antimonopoliya cəriməsi kəsib.Tənzimləyici orqanın araşdırmasına görə, Google 2014-cü ildən bəri öz xidmətlərinə üstünlük verərək bazarda ədalətli rəqabəti pozub. Bu qərar şirkətə qarşı tətbiq edilən ikinci ən böyük cərimədir — 2018-ci ildə Google rekord 4,3 milyard avro ödəmişdi. Bundan əlavə, şirkətə 2017-ci ildə 2,42 mlrd avro, 2019-cu ildə isə 1,49 mlrd avro cərimə tətbiq olunmuşdu.Məhkəmə Google-a 60 gün ərzində diskriminasiyanı aradan qaldırmaq və yeni fəaliyyət planı təqdim etmək öhdəliyi qoyub.Şirkətin vitse-prezidenti Li-Ənn Malholland qərarı “səhv” adlandıraraq apellyasiya veriləcəyini bildirib. Onun sözlərinə görə, bu tələblər əksinə Avropadakı minlərlə şirkətə zərər vura bilər və Google-un fəaliyyəti rəqabəti məhdudlaşdırmır, əksinə rəqəmsal iqtisadiyyatı inkişaf etdirir.Ulusum.az
Diqqət Çəkənlər
Kolumbiyada qurbanlarını timsaha yedizdirən narkobaron ələ keçdi
Yeni sanksiyalar dalğası: kimlər hədəfdədir?
Mətbuat kralın səhhətindən yazır: əsa ilə gəzən monarx