“OpenAI”nin süni intellekt sistemlərində hesablamaları sürətləndirmək üçün hazırladığı çip gələn il istifadəyə veriləcək. “OpenAI”yə ixtisaslaşdırılmış çipin hazırlanmasında “Broadcom” kömək edi. “OpenAI” yeni məhsulu yalnız öz ehtiyacları üçün istifadə edəcək və digər müştərilərə təklif etməyəcək. “Broadcom” ilə bu sahədə əməkdaşlıq ötən ildən başlayıb.
“Broadcom” üçün “OpenAI” artıq süni intellekt çipi hazırlanmış dördüncü müştəri olacaq. “Broadcom”un səhmləri bu açıqlamalardan sonra, ümumilikdə müsbət hesabatla birlikdə 4,5 faiz artıb. Şirkət “Google” ilə onun ixtisaslaşdırılmış “Tensor” prosessorlarının hazırlanmasında əməkdaşlıq edib. Analitiklərin fikrincə, gələn il ixtisaslaşdırılmış süni intellekt çiplərinin satışının artması ilə səciyyələnəcək, halbuki “NVIDIA” kimi universal həllər artıq gəlir artımında yüksək dinamika göstərə bilməyəcək.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”