EN

Polşa vətəndaşlarına çağırış etdi: Dərhal bu ölkəni tərk edin!

Polşa hakimiyyəti vətəndaşlarına Belarusu dərhal tərk etməyi şiddətlə tövsiyə edib.

Publika.az xəbər verir ki, bu barərə "RMF24" məlumat yayıb.

Polşa Xarici İşlər Nazirliyi müraciətində Belarusdakı vətəndaşlara mümkün olan hər vasitə ilə ölkəni tərk etməyi tövsiyə edib. Qeyd olunub ki, vəziyyət daha da pisləşərsə, evakuasiya son dərəcə çətin və ya qeyri-mümkün ola bilər.

Bildirilir ki, həyəcan təbili Polşa vətəndaşının "Zapad 2025" təlimləri zamanı casusluq ittihamı ilə həbs olunması ilə bağlıdır. Polşanın baş naziri Donald Tusk artıq vəziyyəti şərh edərək, ittihamları absurd adlandırıb.

"Belarus demokratik ölkə və Polşaya dost deyil. Bu xəbərdarlığı çox ciddi qəbul edin", - Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski qeyd edib.

Chosen
68
publika.az

1Sources