Bakı. Trend:
Ağcabədidə iki minik avtomobilinin toqquşması nəticəsindəxəsarət alanlar olub.
Trend-in Qarabağbürosunun məlumatına görə, hadisə Hindarx–Borsunlu avtomobilyolunun Poladlı kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı, 10 GK 042 dövlət nömrənişanlı avtomobil ilə “VAZ-21011” markalı, 60 BD 542 dövlət nömrənişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ”da olan 1962-ci il təvəllüdlü PənahNəcəfov və sürücü, 1965-ci il təvəllüdlü Filman Xuduyev ağırxəsarətlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.